BolgeXeber.Com » Dünya » “Milyarderlər klubu“nun üzvü Bakıya gəlir

“Milyarderlər klubu“nun üzvü Bakıya gəlir

1-11-2012, 14:10
Oxunub: 5 133 Bu yaxınlarda Moskvada azərbaycanlı milyarderlərin təsis edilən Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqına olan maraq davam edir.

İttifaqın Kreml tərəfindən yaradıldığı haqda iddialarda səngimək bilmir.

Bu qurum yaradıldıqdan sonra orada təmsil olunan baş nazirin sabiq müavini Abbas Abbasovun Bakıya gələrək prezidentlə görüşəcəyi haqda xəbərlərdə ortaya çıxdı. Ancaq keçən müddət ərzində bəlli oldu ki, Abbas Abbasov Bakıya gələrək təşkilatın fəaliyyəti və məqsədi haqqında məlumat verməyib. Bununla belə ittifaqda təmsil olunan Abbas Abbasov bəyan edib ki, bu qurum Azərbaycan hakimiyyətinə qarşı yaradılmayıb.

Bu arada Teleqraf.com "Milyarderlər klubu" kimi təqdim edilən Rusiya Azərbaycanlıları Təşkilatları İttifaqının üzvlərindən birinin Bakıya gəlməyə hazırlaşdığı bardəd xəbər əldə edib. Məlumata görə, bir neçə gün bundan öncə Parisdə olan "Milyarderlər klubu"nun üzvü Rüstəm İbrahimbəyov bu gün Moskvaya gəlib. Onun noyabrın 4-də Moskvadan Azərbaycana uçacağı xəbər verilir. İbrahimbəyovun Bakıdakı köməkçisi müxbirimizlə söhbəti əsnasında faktı təsdiqləyib. Rüstəm İbrahimbəyov noyabrın 4-də Bakıya gələcək. Onun noyabrın 8-nə qədər vətəndə olacağı gözlənilir.