BolgeXeber.Com » Dünya » “Quran”ı öyrənə bilmədi deyə oğlunu öldürdü

“Quran”ı öyrənə bilmədi deyə oğlunu öldürdü

3-11-2012, 12:30
Oxunub: 5 423 Britaniyada bir qadın Quran ayələrini əzbərləməyi bacarmadığına görə oğlunu döyərək öldürüb


ANN.Az-ın “Telegraph”-a istinadən verdiyi xəbərə görə, daha sonra qadın uşağının cəsədini gizlətmək üçün onu yandırıb.
Əvvəlcə 7 yaşlı oğlanın yanğın nəticəsində öldüyü bildirilib. Ancaq aparılan tibbi ekspertizadan sonra onun bədənində vəhşicəsinə döyüldüyünü göstərən çoxlu yara izləri tapılıb. 32 yaşlı Sara Ege oğlunu Quran ayələrini öyrənə bilmədiyinə görə hirslənərək öldürdüyünü etiraf edib.