BolgeXeber.Com » Dünya » Dayənin uşağa qarşı VƏHŞİLİYİ - ŞOK VİDEO

Dayənin uşağa qarşı VƏHŞİLİYİ - ŞOK VİDEO

13-05-2017, 19:32
Oxunub: 2 732 Dayənin uşağa qarşı VƏHŞİLİYİ - ŞOK VİDEOUkraynalı dayənin uşağa verdiyi işgəncələr kamera görüntüləri ilə sübut edilib

Hadisə Türkiyənin İstanbul şəhərində baş verib.
Publika.az bu ölkə mətbuatına istinadən xəbər verir ki, S.E. adlı iş adamı 6 ay əvvəl uşağına baxması üçün Nadia Şapoval adlı ukraynalı dayəni işə götürüb. Bir müddət sonra isə ana uşağın bədənində göyərmələr müşahidə edib və bu barədə ərinə danışıb.
Onlar baxıcıdan şübhələnərək evin müxtəlif otaqlarına kamera yerləşdiriblər. Lakin onlar kamera görüntülərinə baxıcını işdən çıxarandan sonra baxıblar. Görüntülərdə onun uşağı necə döydüyü sübut edilib.
Bu barədə polisə məlumat veriblər. Axtarışdan sonra qadını başqa bir şəhərdə saxlayıblar. Lakin dayə nə üçün uşağa qarşı belə davranması ilə bağlı heç nə deməyib.