İranda prezident seçkiləri üzrə səsverməyə start verilib
19-05-2017, 09:13
Oxunub: 3 701
İranda Bakı vaxtı ilə 07:30-da ölkədə keçirilən prezident seçkilərində səs vermək üçün 63 mindən çox seçki məntəqəsi açılıb
"Report" TASS-a istinadən xəbər verir ki, bülletenlərdə 4 namizədin adı qeyd olunub.
Bu, ikinci müddətə namizədliyini irəli sürən Həsən Ruhani, ölkənin keçmiş baş prokuroru İbrahim Rəisi, sabiq mədəniyyət və islam maarifləndirilməsi naziri Mustafa Ağa Mirsəlim və keçmiş sənaye naziri Mustafa Haşimi Tabadır. İlk iki nəfər aşkar favorit hesab olunur. Sosial sorğuların nəticələrinə əsasən, onların qələbə qazanmaq şansları bərabərdir. Keçmiş hökumət üzvləri isə aşkar autsayder kimi görünürlər və özləri də bunu etiraf edirlər.
Qələbə üçün namizədlər səslərin 50 faizdən çoxunu toplamalıdırlar. Bu baş tutmazsa, ikinci tur keçiriləcək və orada birincinin nəticələrinə görə iki namizəd mübarizə aparacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər