Qadın ərinin 20 illik dostunu güllələdi
6-11-2012, 16:00
Oxunub: 6 373
Qardaşı təcavüzkarı güllələdiyi üçün bacısının alnından öpdü.
Türkiyə mətbuatının yayımladığı məlumata görə, evli və iki uşaq anası 33 yaşlı qadın ona təcavüz edən 40 yaşlı kişini güllələyib. Hadisə Türkiyənin Yüregir qəsəbəsində baş verib.
3-4 ay əvvəl 33 yaşlı qadının həyat yoldaşı G.S ağır xəstəliyə tutulub. G.S.-nin dostu Əli Şerit bu bəhanə ilə tez-tez onların evinə gələrək qadına yaxınlaşmağa çalışıb. Xəstə dostunun ziyarətə gələn Əli Şerit onun həyat yoldaşına təcvavüz edib. Bədbəxt qadın başına gələn dəhşətli hadisəni həyat yoldaşına bəhs etməkdən çəkinib. O, evin rütubətli olduğunu bəhanə edərək yoldaşını başqa evə köçməyə razı sala bilib.
Qorxusundan çantasında gözyaşardıcı qaz və silah gəzdirən qadın yenidən Əli Şeritin təcavüzünə məruz qalıb. E.S çantasındakı gözyaşardıcı qazı Əli Şeritin gözünə sıxdıqdan sonra odlu silahla ona 5 dəfə atəş açıb. Açılan atəşlə ürəyindən yaralanan Şeritin vəziyyəti ağırdır.
Hadisə yerindən qaçan qadını polislər həbs edib. E.S. ilk ifadəsində bildirib ki, öldürmək istədiyi şəxs ərinin 20 illik dostudur: "Ailəvi olaraq görüşürdük. Tez-tez bizə gəlib məni narahat edirdi. Ərimə desəm, onu öldürərdi. Sırf Əlinin təcavüzündən canımı qurtarmaq üçün öz evimdən köçdüm. Əli Şeriti vurduğuma görə peşman deyiləm".
Hadisədən sonra həkim müayinəsindən keçirilən qadının qardaşı "Əllərinə sağlıq. Başını dik tut", - deyərək bacısının allından öpüb. Gözyaşlarına boğulan qadın polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Teleqraf.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər