BolgeXeber.Com » Dünya » London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
24-05-2017, 10:57
Oxunub: 3 932
Londonun “Stansted” aeroportunda terror aktı törətməkdə şübhəli bilinən 37 yaşlı kişi saxlanılıb
Bolgexeber.com APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Skotland Yard”ın bəyanatında bildirilir.
Məlumata görə, saxlanılma Mançesterdə törədilən terror aktı ilə əlaqəli deyil.
Şübhəli şəxs mayın 23-nə keçən gecə Türkiyəyə uçan təyyarəyə minərkən saxlanılıb. Saxlanılma onun bir müddət əvvəl Suriyaya etdiyi səfərlə bağlıdır.
Polis əməkdaşlarının hazırda Londonun şimalındakı iki ünvanda axtarış keçirdiyi bildirilir.
Qeyd edək ki, Böyük Britaniyada bundan əvvəl terror təhlükəsinin səviyyəsi “ciddi”dən “kritik”ə yüksəldilib. Bu o deməkdir ki, Əhalinin sıx toplaşdığı yerlərdə təhlükəsizliyin təmin edilməsinə hərbçilər cəlb olunacaq.
Xatırladaq ki, Mançesterdə konsert zamanı kamikadze-terrorçunun törətdiyi partlayış nəticəsində 22 nəfər ölüb, 120 nəfər yaralanıb. İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər