Təhlükəli qadın mafiya başçısı tutuldu — FOTOLAR
29-05-2017, 12:57
Oxunub: 5 993
Mafiya savaşlarının hökm sürdüyü Latın Amerikasında ən təhlükəli qadın mafiya başçısı Marixa Lemus tutulub
“Patroniça” ləqəbli Lemusun pullu qatillər şəbəkəsi imperatorluğu yaratdığı ortaya çıxıb.
Turkustan.info qaynarinfo-ya istinadən xəbər verir ki, Qvatemala mafiyasının tək qadın lideri Marixa Lemus pullu qatillərdən yaranmış şəbəkəni idarə edirmiş.
Qanlı “Patroniça” əksəriyyəti öz qohumlarından olduğu bilinən pullu qatillərdən ibarət mafiyası ilə Qvatemalada qorxu imperatorluğu yaradıb.
Polis yüksək rütbəli polis rəisi də daxil olmaqla bir çox qətldə Lemus və bandasını günahlandırır.
Araşdırmalar nəticəsində məlum olub ki, “Patroniça” həyat yoldaşını öldürməyi öz bacısına əmr edib.
Uzun müddət tutulmayan Marixa Lemus keçən ilin sonunda böyük əməliyyatla ələ keçirilib və məhkəmə qərarı ilə 94 il azadlıqdan məhrum olunub.
Həbsxana işçilərindən birini rüşvətlə ələ alıb polis geyimi ilə 11 mayda cəza evindən qaçsa da, qonşu ölkə El Salvadorda ortaya çıxıb.
Tanınmamaq üçün saçlarını boyayan Lemusu Qvatemala polisi yenidən həbs edib.


Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər