BolgeXeber.Com » Dünya » Günə 300 km yol qət edə bilən səyyah Azərbaycandadır -VİDEO
Günə 300 km yol qət edə bilən səyyah Azərbaycandadır -VİDEO
14-11-2012, 00:55
Oxunub: 5 124Belarus vətəndaşı Vladimir Nesin gün ərzində 3 dollardan artıq pul xərcləmir
Belarus vətəndaşı Vladimir Nesin artıq 16 ildir ki, dünya turuna çıxır. Bu müddət ərzində dediyinə görə, 20 dəfə ekvator boyunca keçib. Sözün əsl mənasında ayaqyalın, başıaçıq, yarıçılpaq vəziyyətdə 120 ölkəyə səyahət edib. Gün ərzində 300 kilometrə qədər yol qət etmə iqtidarına malik olan Vladimir deyir ki, qışın soyuğu, yayın istisi də onu qorxutmur. 62 yaşının olmasına baxmayaraq bir dəfə də olsun xəstələnməyib. Sambo üzrə idman ustası olan səyyah əvvəllər səyahətə tək deyil, öz xanımı ilə çıxırmış. Budəfəki səyahətini o tək etmək fikrinə düşüb. Gəzdiyi ölkələr arasında azərbaycanlıların çox qonaqpərvər olduğunu deyən səyyah artıq 4-cü dəfədir ki, ölkəmizdədir.
“Əvvəki gəlişimdən indiyənədək Azərbaycan çox dəyişib. Bundan əvvəlki səyahətim zamanı yenidənqurma işləri gedirdi. İndi insanların rahat olduğunu müşahidə edirəm. İnsanlar çox mehribandır. Hava soyuq olduğundan hamı kömək etməyə çalışır, amma özüm razı olmuram”, - deyə o vurğulayıb.
5 dildə sərbəst danışan səyyah gəzib gördüklərini qələmə almağı da unutmur. 3 kitabı işıq üzü görüb. Səyyah xərclərindən də danışdı. 250 dollar təqaüd alan Vladimir bu pulun onu qane etdiyini deyir. Çünki, gün ərzində 3 dollardan artıq pul xərcləmir. Belində gəzdirdiyi çantada yatmağa çadır, yemək hazırlamaq üçün ləvazimatlar var. Yolçu yolda gərək. Gedəcəyi növbəti ölkə İran, sonra isə Pakistan və Hindistan olacaq.