Hökumətdə kütləvi “təmizləmə”
21-11-2012, 12:15
Oxunub: 4 818
Məmurlar bütün işləri barədə bəyannamə verməli olacaqlar
Rusiyalı dövlət məmurlarını sürpriz gözləyir. Bolgexeber.com-un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, antikorrupsiya paketinə edilən dəyişikliklərə görə, məmurlar 2012-ci ildə apardıqları bütün əməliyyatlar barədə bəyannamə verməli olacaqlar.
Bu barədə məlumatı qanun layihəsinin müəlliflərindən biri “Vahid Rusiya” partiyasının üzvü İrina Yarova və müstəqil deputat Leonid Levin də təsdiqləyib. Onların sözlərinə görə, əlavə və dəyişikliklər edilmiş qanun layihəsi 3-cü oxunuşda qəbul edilməlidir.
Qeyd edək ki, əlavələr edilmiş qanun layihəsi bütün dövlət qulluqçularının üzərinə gəlirləri, aldıqları daşınmaz əmlak və digər mülklər barədə bəyannamə vermə öhdəliyi qoyur. Bununla belə, parlamentarilər arasında qanunun nə vaxt qüvvəyə minməsi ilə bağlı mübahisələr gedir. Bəziləri 1 il amnistiya olmasını təklif etsələr də, əksəriyyət yeni ildən qanunun qüvvəyə minməsini istəyirlər.
Qeyd edək ki, Rusiya Ümumdünya Ticarət Təşkilatına üzv olduqdan sonra rüşvətxor məmurlara qarşı “təmizləmə” əməliyyatı aparır. Hesab edilir ki, bu? şəffaf idarəetmə təşkilata üzvlüyün əsas şərtlərindən biridir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər