Ermənistan prezidenti postuna ilk dəfə qadın namizəd
21-11-2012, 14:55
Oxunub: 5 318
Ermənistanda ilk dəfə prezident vəzifəsinə qadın namizədliyi irəli sürülə bilər.
Bolgexeber.com-un BBC-yə istinadən verdiyi xəbərə görə, bu şəxs politoloq, Ermənistan Azad Demokratlar Partiyasının sədri Anuş Sedrakyandır. O, 2013-cü il fevral ayında gözlənilən prezident seçkilərində namizədliyini irəli sürməyə hazırlaşır.
Məlumata görə, Anuş Sedrakyan son günlər yerli mediada müzakirə olunan bu məlumatı təkzib etməyib. Onun sözlərinə görə, hal hazırda bu məsələ partiya daxilində götür-qoy edilməkdədir.
“Bu müzakirələr özü özlüyündə yeni təfəkkür formalaşmasının əsasını təşkil edir. Biz artıq tanıdığımız namizədlərə öyrəşmişik və bizə elə gəlir ki, siyasətdə nəsildəyişmə üçün yer yoxdur. Biz yeni siyasi mədəniyyət tətbiq edirik” - deyə, o bildirib.
İlkin sorğular görə, əhalinin bir qismi qadın namizədin prezident vəzifəsi üçün mübarizəyə qatılmasına qeyri-ciddi yanaşır, digərləri isə onun lehinə səs verməyə hazır olduqlarını bildirirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər