Lüt dəli şahzadənin başına çıxdı - FOTO
24-11-2012, 11:35
Oxunub: 5 666



Londonun mərkəzində, hökumət binalarının yerləşdiyi mərkəzi Uaytholl küçəsində hərəkət 3 saatlığa dayandırılmışdı.
Səbəb isə lüt kişinin süvari heykəlinə dırmaşması idi.
Milli.Az The Guardian-a istinadən bildirir ki, sonucda "zarafatcıl" adam polisin tələblərinə riayət edərək, aşağı düşüb.
O, Gemdric hersoqu, şahzadə Georqun heykəlinin başına çıxmışdı.
30-40 yaşlı saqqallı kişi heykələ dırmaşmağa başlayanda paltarlı idi. Lakin pyedestala çıxandan sonra o, tam soyunub və sonra da heykəlin çiyinlərinə dırmaşıb, axırda da heykəlin başına çıxaraq əllərini yana açıb.
Jurnalistlər ilk əvvəl bu hadisənin etiraz aksiyası olduğunu düşünürdülər. Fəqət az sonra bəlli olub ki, həmin adam etiraz edən şəxs yox, ruhi xəstədir.
Abidəyə dırmaşmış adam ekssentrik şəkildə davranırdı. O, gah bürünc heykəlin çiyinlərinə oturur, gah şahzadənin abidəsinin başına çıxır, nə isə deyirdi.
Əllərini yelləyən lüt adam aşağıda durmuş polislərlə mübahisə də edirdi.
Üç saat abidənin üstündə qalan lüt adam özünü pis hiss etmirdi.
Polisdən verilən məlumata görə, həmin şəxs Britaniyanın "Ruhi sağlamlıq haqqında" qanununa görə həbs olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər