Moskvada azərbaycanlılar arasında atışma: 1 nəfər öldü
26-11-2012, 12:55
Oxunub: 5 693
Rusiya paytaxtında azərbaycanlılar arasında silahlı insident baş verib.
Bolgexeber.com-un verdiyi məlumata görə, hadisə bazar günü Mojayski val küçəsində yerləşən bazarda qeydə alınıb.
Bazarın içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan 43 yaşlı azərbaycanlı qətlə yetirilib. Onun təcili tibbi yardım maşınında dünyasını dəyişdiyi bildirilib.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Qeyd edək ki, keçən həftənin şənbə günü də Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Otradnoe rayonunda baş verən hadisə zamanı bir nəfərin öldüyü, iki nəfərin yaralandığı bildirilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər