Dünyanın ən məhsuldar smartfonu hansıdır?
31-07-2017, 15:21
Oxunub: 3 599
Son illər Çin və Cənubi Koreyanın texnologiya şirkətləri yüksək məhsuldarlığa malik məhsulun buraxılışında “Apple” şirkətinə çatmaq və onu geridə qoymağa çalışırlar
Bolgexeber.com ICTnews-a istinadən xəbər verir ki, əldə olunan məlumatlar “Apple” şirkətinin yeni “iPhone 8” smartfon modelinin yaxın gələcəkdə ən güclü smartfon adını özündə saxlayacağından xəbər verir.
Belə ki, yeni “Apple” qurğusunun ən müasir “Apple A11” prosessoru ilə təchiz ediləcəyi bildirilir. Çip ilk dəfə yeni “iPod Pro” planşetində quraşdırılan altınüvəli “Apple A10X Fusion” prosessorundan daha məhsuldar olacaq.
Xatırladaq ki, “Geekbench” servisində keçirilən testlərin nəticələrinə görə, planşet birnüvəli rejimdə 3850, çoxnüvəlidə 9150 bal toplayıb. Bu, “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən qabaqcıl smartfon modellərindən 30 faiz çoxdur.
Ekspertlərin fikrincə, daha güclü olacaq “Apple A11” “Geekbench” servisində 4500/9000 bal səviyyəsində nəticələr nümayiş etdirə biləcək. Bunun belə olacağı təqdirdə yeni “iPhone” dünyanın ən məhsuldar smartfonu adına layiq görüləcək.
Qeyd etmək lazımdır ki, Çinin “Huawei” şirkəti “Apple” qurğusunun lider olacağı fikri ilə qəti razılaşmır. Şirkət nümayəndələrinin sözlərinə görə, yeni qabaqcıl “Huawei Mate 10” rəqibinin nəticələrini geridə qoyacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər