BolgeXeber.Com » Dünya » Kürdlər Bağdadı hədələyirlər: "Sizi vurarıq!"

Kürdlər Bağdadı hədələyirlər: "Sizi vurarıq!"

26-11-2012, 14:05
Oxunub: 5 704 İraqın şimalındakı Kərkük şəhərində böhran gün keçdikcə daha da gərginləşir.

İraqın mərkəzi hakimiyyətinin bu bölgəyə hərbi birliklər yollayaraq ölkənin şimalındakı "Kürdüstan Muxtariyyəti"nin separatçılığına son qoymağa hazırlaşması Məsut Bərzaninin rejiminin səbr kasasını daşdırıb.
Bərzanı kiçik qardaşı Şihad Bərzanini Kərkükə yollayıb.

Bolgexeber.com DHA-ya istinadən bildirir ki, Şihat Bərzaninin başçılıq etdiyi hərbi birləşmələr artıq Kərkükə girib.
Eyni zamanda, kürdlər Kərkükə 125 tank və yüzlərlə zirehli maşın, artilleriya və raket qurğuları da aparıblar.
"Qardaşım izn versə, Bağdada qədər gedərik, onları vurarıq. Buradan Bağdada qədər olan torpaqları düşmənlərdən təmizləyərik. Bağdaddakı hakimiyyətə isə deyirəm: üstümüzə gəlməyin, sizi vurarıq!" - Şihat Bərzani dyib.

Şihat Bərzaninin başçılıq etdiyi "Piştivani" birliyi Arafa, Erbil və Süleymaniyyəyə girişləri qoruyur. Bundan başqa, "Piştivani" İraq ordusuna Kərkükün yolunu bağlayıb.

İranın baş naziri Nuri Əl Malikinin göstərişi ilə "İraq Kürdüstanı" nömrəli maşınların Bağdada girişi qadağan olunub.
Kürdlərlə İraqın mərkəzi hakimiyyəti arasındakı münasibətlər həddən ziyadə gərildiyi üçün danışıqların aparılması gözlənilir.