BolgeXeber.Com » Dünya » "Facebook"da yayılan virusla bağlı diqqətli olun -Şəxsi məlumatlar oğurlanır
"Facebook"da yayılan virusla bağlı diqqətli olun -Şəxsi məlumatlar oğurlanır
3-08-2017, 11:15
Oxunub: 2 946
Son bir neçə gündə “Facebook” sosial şəbəkəsində yayılan virusla bağlı hər bir istifadəçi diqqətli olmalıdır, çünki bu viruslar onların şəxsi məlumatlarının, şifrələrinin oğurlanması ilə nəticələnə bilər
Bolgexeber.com-un məlumatına görə, bunu Azərbayca İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
O qeyd edib ki, zaman-zaman sosial şəbəkələrdə bu cür hallara rast gəlinir:
“Ancaq son dövrlərdə bu bir qədər sürətlənib. İstifadəçilər özləri də bilmədən bu cür virusları aktivləşdirir, yəni hansısa bir dostunuzdan bir link alırsınız və onu aktivləşdirəndə sizin dostluğunuzda olanlara da bu cür virus yayılır. Adətən bir qədər təcrübəli istifadəçilər bunun qarşısını ala bilirlər. Yəni diqqətlə müşahidə edəndə bilmək olur ki, bu, virusdur. Ancaq təcrübəli olmayan istifadəçilər yeni bir linkin gəlməyini güman edərək onu aktivləşdirirlər və bu da virusun yayılmasına səbəb olur. Bunun qarşısını almaq üçün istifadəçilər diqqətli olmalıdır”.
O vurğulayıb ki, virusun yayılmasında məqsəd müxtəlif ola bilər:
“Ola bilər ki, bu virus istifadəçilərin şəxsi məlumatlarını, şifrələrini ələ keçirmək üçün yayıla bilər. Həmçinin insanların vaxtını almaq, Azərbaycanda sosial medianın fəaliyyətini ağırlaşdırmaq, lazımsız informasiyaları dövriyəyə salmaq məqsədi ilə yayıla bilər”.
O.Gündüz hesab edir ki, virusun Ermənistan tərəfindən də yayıldığını güman etmək olar:
“Bu halı da istisna etmirəm. Məqsəd o ola bilər ki, kimlərinsə şəxsi məlumatlarını ələ geçirib gələcəkdə ondan istifadə etsinlər, eyni zamanda Azərbaycanda sosial şəbəkədə ağırlaşmalar olsun, trafik bununla yüklənsin və s. Yəni informasiya müharibəsi dövrüdür, müxtəlif məqsədlər ola bilər. Hər halda sosial şəbəkə istifadəçiləri diqqətli olmalıdır”.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər