BolgeXeber.Com » Dünya » Rusiyada azərbaycanlı ictimai xadim dələduzluq maddəsi ilə həbs edildi

Rusiyada azərbaycanlı ictimai xadim dələduzluq maddəsi ilə həbs edildi

28-11-2012, 13:10
Oxunub: 5 325 Rusiyada Ümumrusiya veteranlara yardım ictimai fondunun rəhbərinin müavini Telman Hacı oğlu Ələsgərov dələduzluq maddəsi ilə həbsə alınıb.

Onunla yanaşı Vladimir Putinə sui-qəsd etməyi planlaşdırdığı ehtimal olunan Federal Təhlükəsizlik Xidmətinin sabiq zabiti Andrey Ponkin də tutulub. Hər iki şəxs Stavropol banklarının birinin rəhbərindən dələduzluq yolu ilə 1.5 milyon ABŞ dolları almaqda ittiham olunur. Onlar Moskva restoranlarının birində məbləğin 1/3-ni alarkən yaxalanıblar. Axtarış zamanı A.Ponkinin cibindən Boris Berezovskinin imzaladığı vəsiqə aşkar edilib. İstintaq gedişində bəlli olub ki, şübhəli şəxslər bank rəhbəri barəsində qaldırılmış cinayət işinə xitam verilməsi müqabilində ondan 1.5 milyon dollar tələb ediblər.

Qeyd edək ki, tutulan şəxslər barəsində RF CM-nin 30.3 və 159.4 (dələduzluq) maddəsi ilə cinayət işi açılıb.