BolgeXeber.Com » Dünya » Daha bir şahid "qəfil öldü"

Daha bir şahid "qəfil öldü"

28-11-2012, 16:00
Oxunub: 5 669 Rusiyanı qarışdıran korrupsiya iddiasının ən əhəmiyyətli şahidlərindən biri olan işadamı Aleksandr Perepiliçniyin cəsədi İngiltərənin Sarrei şəhərindəki evinin yaxınlığında tapılıb.

Perepiliçniyin əsrarəngiz ölümünün eyni iddiadakı dördüncü qəfil ölüm olması diqqət çəkib.

Perepiliçniy Rus səlahiyyətlilərin də adı hallandırılan bir qurup çirkli pulların “yuyulması”nı həyata keçirən şəbəkənin ifşası üçün İsveçrə prokurorluğuna yardım edib. Bundan sonra təqiblərə məruz qalaraq İngiltərəyə sığınıb.

İki həftə əvvəl Şənbə günü yaşanan ancaq mediaya bu gün əks olunan hadisədə Perepiliçniyin “Weybridgen”in yaxınlığındakı lüks malikanəsinin qarşısında tapıldığı bildirilir. 44 yaşındakı işadamının hər hansı bir sağlamlıq problemi olmadığı da məlumatlar arasındadır.

DÖRDÜNCÜ “ANİ ÖLÜM”

İndependent qəzetinin xüsusi xəbərinə görə, Perepiliçniy korrupsiyaya bulaşmış Rus səlahiyyətlilərlə yeraltı dünyasının əhəmiyyətli adlarını bir araya gətirən "Klyuev Qrup"a qarşı istintaqda çahidlik edən əhəmiyyətli sima idi.

O, məlum iddianın qəfil ölən dördüncü şahididir. Daha əvvəl isə vəkil Sergey Maqnitski gözaltında olarkən əsrarəngiz bir şəkildə həyatını itirmişdi.

Sarrei Polisi verdiyi açıqlamada ilkin olaraq cəsədi araşdırdıqlarını, lakin heç bir dəlil əldə etmədiklərini bildirib. Ölüm səbəbinin sui-qəsd olduğunu ehtimal edən polis daha ciddi araşdırma aparacağını da qeyd edib.