Rusiya əhalisi yenidən azalmağa başlayıb
18-08-2017, 16:19
Oxunub: 2 318
Rusiya əhalisinin sayı bu ilin ilk yarısında 17 min nəfər azalıb və iyul ayının 1-nə 146,8 mln. nəfər təşkil edib
"Report"un "Vesti" saytına istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Statistika Komitəsi məlumat yayıb.
Ötən il ölkə əhalisi 267,3 min nəfər, 2015-ci ildə isə 277,4 min nəfər artıb.
Bununla yanaşı, bu ilin ilk yarımilliyində doğulanların sayı 821 min nəfərədək azalıb. 2016-cı ilin eyni dövründə isə əhalinin sayında 928,4 min nəfər azalma olub. Ölənlərin sayı 2016-cı ilin yanvar-iyun aylarına qarşı (960,6 min) bu il 940,4 min nəfərədək azalıb.
Bununla da, 2017-ci ilin yanvar-iyun aylarında əhalinin təbii azalması 2016-cı ilin eyni dövrünə (32,2 min nəfər) qarşı 119,4 min nəfər təşkil edib. Miqrasiya nəticəsində artım əhalinin sayca itkisini 85,7% ödəyib.
Doğulanların sayının azalması Rusiyanın 84 subyektində, ölənlərin sayı isə 73 subyektində qeydə alınıb.
Bütövlükdə ölənlərin sayı doğulanların sayını 1,1 dəfə (bir il əvvəl - 1 dəfə olub), 25 subyektdə isə 1,5-2 dəfə üstələyib.
Əhalinin təbii artımı ilk yarımildə Rusiyanın 21 subyektində (2016-cı ilin eyni dövründə - 35 subyektdə) qeydə alınıb.
Miqrasiya nəticəsində yaranan artım 2016-cı ilin yanvar-iyun aylarına (141,9 min nəfər) qarşı 102,3 min nəfər təşkil edib.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər