Məşuqəsinin anasını oxlovla öldürdü
30-11-2012, 10:45
Oxunub: 4 874
Türkiyənin paytaxtı Ankarada bir kişi məşuqəsinin anasını qətlə yetirib.
Bolgexeber.com İHA-ya istinadən bildirir ki, hadisə Ankaranın Pursaklar səmtindəki evlərdən birində yaşanıb.
Qadın gözəllik salonunda çalışan 37 yaşlı Yasemin S. axşam saatlarında işdən çıxıb evə qayıdanda qızını yataq otağında bir kişi ilə çılpaq vəziyyətdə tutub.
Kırıkkale Universitetində oxuyan gənc qız orta yaşlı Onur Ö.-nün qucağında idi.
Bu biabırçılığı görəndə Yasemin qışqırmağa, bağırmağa başlayıb.
Mübahisə və dava alovlanıb, hirslənmiş Onur Ö. mətbəxdə söyüşdüyü Yaseminin başına oxlovla vurub.
Yasemin S. aldığı zərbədən olay yerindəcə ölüb.
Bundan sonra Onur Ö. və onun 18 yaşlı məşuqəsi Qamze S. cəsədi sürüyərək hamama aparıblar.
Məşuqunun anasını öldürməsini sakitcə seyr edən Qamze S. sonradan, Onur evdən gedəndən sonra mətbəxin döşəməsini qandan təmizləyib.
Fəqət, səs-küyü eşidən qonşuların çağırdıqları polis onu və məşuqunu həbs edib.
Evli, iki uşaq atası olan 41 yaşlı Onur Ö. mənzilində həbs olunub.
O, Qamze ilə polisdə verdikləri ifadədə bildiriblər ki, Yasemin hamamda olanda ayağı sürüşüb, başı vannaya dəyib və ölüb.
Lakin sonradan onlar cinayətlərini etiraf ediblər.
"Arvadımı boşayıb Qamzeni almağı düşünürdüm. Amma onun anası bizi görəndə bağırmağa, çığırmağa, söyməyə başladı. Mən də dözə bilməyib vurdum", - Onur deyib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər