İnsansız gəmilər səfərə hazırlaşır
26-08-2017, 16:16
Oxunub: 3 613
Dünyanın aparıcı gəmiçilik şirkətləri uzaqdan idarə olunan pilotsuz gəmilərin fəaliyyət göstərməsi üçün səylərini artırırlar
Sonuncu belə bir addımı Yapon nəhəngi “Nippon Yusen” atıb.Şirkət 2019-cu ildə Sakit Okenda ilk pilotsuz gəmini sınaqdan keçirəcəyi barədə açıqlama yayıb.
Gəminin test işləri Yaponiya-Şimali Amerika xətti arasında aparılacaq. Sınaq səfərində bir neçə nəfərin iştirakı planlaşdırılır. Ancaq onlar heç bir iş görməyəcəklər, gəmi uzaqdan idarə olunacaq.
Mütəxəssislər bildirirlər ki, heyətsiz gəmilər insan itkilərinin qarşısını alacaq. Üstəlik daşıma xərcləri xeyli aşağı düşəcək. Dəniz quldurlarının hücumu azalacaq.
Xatırladaq ki, bundan öncə “Yara” və “Kongsberg” şirkətləri də birgə avtonom gəmi istehsal edəcəklərini bildirmişdilər.
Yaponiyanın “Misui OSK Lines” və “Kavasaki Kisen Kaisha” şirkətləri isə hazırda uzaqdan idarə olunan gəmi üzərində çalışırlar.
Bununla yanaşı, “British Lloyds Register” də 2019-cu ildə Atlantik okeanında günəş enerjisi ilə işləyən insansız tədqiqat gəmisini istifadəyə verməyi planlaşdırır.
ABŞ-da isə artıq belə bir gəmi istismardadır. Söhbət “Sea Hunter” adlı döyüş gəmisindən gedir. Gəmi düşmən sualtı qayıqlarını aşkar etmək üçün nəzərdə tutulub. (seanews.az)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər