Dünyada 815 milyon insan aclıqdan əziyyət çəkir
18-09-2017, 12:42
Oxunub: 4 101
Dünyada aclıq çəkən insanların sayı getdikcə artır
Modern.az xəbər verir ki, aclıqla üzləşən insanların çoxu müharibələrin getdiyi ölkələrdə yaşayır. Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD), BMT-nin Uşaq Fondu (UNICEF), Dünya Qida Proqramı (WFP) və Dünya Sağlamlıq Təşkilatı (ÜST) tərəfindən hazırlanmış “Dünyada ərzaq təhlükəsizliyi və qidalanma vəziyyəti 2017 hesabatı”na görə iki il öncə dünyada qida çatışmazlığından əziyyət çəkənlərin sayı 777 milyon idisə, ötən il bu rəqəm 815 milyona yüksəlib.
FAO dünyada iqlim dəyişkənliyi və müharibələrin aclıq səviyyəsini artırdığını bəyan edib. Asiya qitəsində təxminən 520 milyon, Afrikada 243 milyon, Latın Amerikası və Karib dənizi bölgəsində 42 milyondan çox sakin aclıqdan əziyyət çəkir.
Hesabata görə, Afrikanın 20, Asiyanın 11,7, Latın Amerikası və Karib dənizi bölgəsinin 6,6 faizi qida çatışmazlığı ilə üz-üzədir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər