Ulduz falı: sizin üçün darıxanlar çoxdur
20-09-2017, 09:20
Oxunub: 3 251
XƏRÇƏNG - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın
QOÇ - Ciddi fiziki işlərə və işgüzar sövdələşmələrə həvəs göstərməyin. Əks təqdirdə gərginliklə üzləşəcəksiniz. Yaxşı olar ki, nahardan sonranı bütünlüklə gəzinti və qonaqlıqlara həsr edəsiniz.
BUĞA – Qarşınızda böyük perspektivlər durur. Lakin situasiyaları real qiymətləndirməməyiniz ucbatından aktivlik göstərə bilmirsiniz. Hər xırda məsələyə görə əsəbləşməyiniz əbəsdir.
ƏKİZLƏR - Ürəyiniz istəsə, bu təqvimi maraqlı və füsunkar tərzdə başa vura biləcəksiniz. Büdcənizdə artım olduğu təqdirdə axşam səfərə çıxmağa dəyər. Axı sizin üçün darıxanlar çoxdur!
XƏRÇƏNG - Şübhə ilə yanaşdığınız adamların məsləhətlərinə qulaq asmayın. Bütün qərarları yalnız özünüz verin. Saat 16-dan sonra maraqlı qonaqlıqlar yolunuzu gözləyir. Bundan imtina etməyin.
ŞİR – Mühüm işlərinizin həllini həftəsonuna saxlayın. Onsuz da bu gün belə planlarınızın reallaşma ehtimalı azdır. Ulduzlar süstlüyünüzü nəzərə alıb istirahət etməyinizi məsləhət görür.
QIZ – Fəaliyyət göstərdiyiniz idarə və ya müəssisələrdə xırda narazıçılıqla üzləşsəniz də bu, ötəri xarakter daşıyacaq. Əslində Göy qübbəsi şəxsi işlərinizdə böyük dönüş olacağını bildirir.
TƏRƏZİ - Nahar ərəfəsində Ay bürcünüzə daxil olsa da, ətrafınızda olan insanlarla birlikdə özünüzü gümrah hiss edəcəksiniz. Sevgi münasibətlərindəki kobudluğu aradan qaldırın. Müqəddəs yerlərə gedin.
ƏQRƏB - Əsas diqqəti fəaliyyətə yönəltsəniz, günün ümumi mənzərəsindən razı qalacaqsınız. Danışıqları ciddi və məsuliyyətini dərk edən adamlarla aparın. Tamahkarlığa meyl etməyin!
OXATAN - Təxminən saat 14-ə qədər ümumi əhvalınız aşağı səviyyədə ola bilər. Buna görə məyus olmağa dəyməz. Çünki sonrakı müddətdə ciddi problemləriniz olmayacaq. Qazanmaq ehtimalınız da var.
OĞLAQ - Pulla bağlı bütün planlarınızı təxirə salın. Çünki astroloji göstəricilər bu təqvimdə maliyyə uğursuzluqlarından xəbər verir. Həmkarlarınızla əsəbi davranışa meyl etməyin.
SUTÖKƏN - Ətrafınızda baş verən hadisələr o qədər də ürəyinizcə deyil. Bu, daxilən sizi sıxsa da, çıxış yolu tapa bilmirsiniz. Odur ki, ulduzlar gəzintiyə və ya səfərə çıxmağınızı tövsiyə edir.
BALIQLAR – Ulduzların düzümü şəxsi büdcənizdə bir qədər artım olacağından xəbər verir. Odur ki, əsas enerjinizi məhz deyilən istiqamətdə nizamlamalısınız. Gözlənilməz təkliflərə əməl etməyin.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər