Ulduz falı: Qaba rəftardan uzaq olun
26-09-2017, 09:13
Oxunub: 3 346
TƏRƏZİ - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın
QOÇ - Kifayət qədər mistik gündür. Qara qüvvələr ruhunuza müdaxilə edə bilər. Odur ki, bəri başdan tədbirli olun. Nahardan sonra müqəddəs ziyarətgahalara baş çəkməklə rahatlanacaqsınız.
BUĞA - Ailə-sevgi münasibətlərində hər şey ürəyinizcə olsa da, fəaliyyət zəminində ciddi xoşagəlməzliklər mümkündür. Ümumiyyətlə, yaxşı olar ki, əsas vaxtınızı evdə keçirəsiniz.
ƏKİZLƏR - Bir qədər gərgin gündür. Ətrafınızda sizə mane olmaq istəyənlər arta bilər. Bu səbəbdən də maksimum tədbirli olmalısınız. Hər kəsə inanmayın. Bir anlıq neytral mövqe seçin.
XƏRÇƏNG - Həyatınız üçün mühüm olan vəzifələri kimlərinsə mənafeyinə qurban verməyin. İndi yalnız özünüz üçün çalışmalısınız. Aldığınız təklifləri dönə-dönə götür-qoy edin.
ŞİR - Əgər səhhətiniz normal deyilsə, bu gün mütləq həkimə müraciət edin. Yoxsa, yatağa düşə bilərsiniz. Gümrah olduğunuz təqdirdə isə ikitərəfli əməkdaşlığa başlaya bilərsiniz.
QIZ - Bütün vaxtınızı işə həsr edin. Çünki münasibətlər zəminində elə bir uğurunuz olmayacaq. Olsa-olsa, axşama doğru ürəyinizə yaxın olan adamlara baş çəkə bilərsiniz.
TƏRƏZİ - Təxminən saat 14-ə qədər bütün vacib işlərinizi yekunlaşdırın. Çünki sonrakı ərəfə bu istiqamətdə uğursuz ola bilər. Sizə qarşı irad bildirənlərə qarşı dəliqanlı olmayın.
ƏQRƏB - Xeyirxah Fikir, Xeyirxah Söz, Xeyirxah Əməl! Müqəddəs Avestadakı bu üç prinsipə sadiq qalın. Gələcəyinizin açarı da məhz bundadır. Nədənsə sizdə Xeyirxah Fikir lazımınca alınmır.
OXATAN - Bir qədər mübahisəli gündür. Çalışın ki, özünənəzarət prinsiplərinə riayət edib təmkininizi qoruyasınız. Səhər saatlarından bürcünüzə daxil olan Ayın neqativ təsirini də unutmamalısınız.
OĞLAQ - Sevindirici hadisələr yolunuzu gözləyir. Qayğınıza qalanlar xeyli artacaq. Əmin olun ki, bəd günləriniz arxada qalmaqdadır. Ağzıdualı olun ki, İlahinin diqqətini çəkəsiniz.
SUTÖKƏN - Maraqlı görüşlər yolunuzu gözləyir. Bu, daha çox işgüzar əlaqələr zəminində baş verəcək. Saat 16-dan sonrakı ərəfəni isə bütünlüklə sevgiyə həsr edin. Qaba rəftardan uzaq olun.
BALIQLAR - Kifayət qədər uğurlu gündür. Qarşıya qoyduğunuz bir çox məqsədlərə nail ola biləcəksiniz. Ələlxüsus da məhəbbət məsələlərində hər şey ürəyinizcə olacaq. Heç kimə yalan vəd verməyin.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər