Hər kişiyə 2 qadın düşən ölkələr - MARAQLI
27-09-2017, 16:14
Oxunub: 7 798
Gender balansının pozulması müharibələr, ölkənin daxili siyasəti, yaxud çoxarvadlılığın doğurduğu fəsadlardandır
Dünyanın bəzi məkanları var ki, orda qadınların sayı kişilərin sayını qat-qat üstələyir və istənilən subay gənc həmin yerdə özünə asanlıqla sevgili tapa bilər.
Modern.az kişilərin az, qadınların isə çox olduğu ölkələri araşdırıb.
Braziliyada Noiva du Kardeyru kommunası 20-35 yaş arasında 600 qadının yaşayıb, çalışdığı unikal yaşayış məntəqəsidir. Kişilərsiz həyat qurmağa çalışan qadınlar 6 ay öncə, hər şeydən bezərək, Facebook vasitəsilə dünya kişilərinə müraciət edib, romantik münasibət qurmaq və onlarla birlikdə yaşamaq üçün çağırış etmişdilər.
Afrikanın şimalında, daha çox Malidə yaşayan tuareq tayfaları “əsri” adlanan adətləri ilə tanınır. Qadınlara şamil olunan bu qaydalar onlara tam əxlaqi üstünlük verir və gənc qız, dul yaxud boşanmış qadın olmasından asılı olmayaraq, çoxsaylı sevgililərinin olmasına icazə verir. Sevgilililərinin sayı çox olduqca, icma daxilində qadının nüfuzu bir o qədər yüksək olur.
Sakit okeanda yerləşən Şimali Marina Adaları müxtəlif ölkələrdən subayları özünə cəlb edir. Belə ki, 53 min sakini olan ada-dövlətdə qadınların sayı 30,5 min nəfərə çatır.
Macarıstanın paytaxtı Budapeşt də subay kişilər üçün cənnət sayıla bilər. Bu 1,7 milyon sakini olan şəhərin 55%-i, yaxud 950 min nəfəri qadındır.
Kişi azlığından əziyyət çəkən daha bir şəhər isə Ukrayna paytaxtı Kiyevdir. 4 milyon sakini olan şəhərdə hər 1000 qadına 756 kişi düşür. Maraqlıdır ki, 18-64 yaş qrupunda bu nisbət hər 1000 qadına 685 kişiyə qədər azalır.
Rusiya gender balansının pozulduğu ölkələrdən sayılır. Bu ölkədə 76 milyon qadına 66 milyon kişi düşür. Xüsusən İvanovo şəhəri bu baxımdan öndədir. Şəhərdə hər 100 kişiyə 190 qadın düşür. Yaroslavlda bu göstərici 179, Çitada 177, Kurskda 174, Nijni Novqorodda 173, Tulada 171 və Barnaulda isə 170-dir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər