BolgeXeber.Com » Dünya » “6 Qremmi mükafatının sahibi Toni Brekstonun Bakıdakı konserti təxirə salındı”
“6 Qremmi mükafatının sahibi Toni Brekstonun Bakıdakı konserti təxirə salındı”
6-12-2012, 18:25
Oxunub: 4 997
Dünya ulduzu Toni Brekstonun səhhətində problemlər yaranıb. Trend-in məlumatına görə, bu barədə müğənninin menecerləri məlumat yayıblar.
Brekstonun həkimləri onun dekabr ayına nəzərdə tutulan konsert və şou proqramlarının təxirə salınmasında israr ediblər.
Qeyd edək ki, dünya estradasının ulduzu, 6 Qremmi mükafatının sahibi Toni Brekstonun dekabr ayında Bakıda da konserti nəzərdə tutulurdu. Müğənni dekabrın 17-18-də Heydər Əliyev Sarayında ikigünlük solo konsertlə çıxış etməli idi. Müğənninin menecerlərinin sözlərinə görə, Toni Brekston səhhətindəki problemlər aradan qalxdıqdan sonra yenidən şou proqramlarının həyata keçirilməsini və pərəstişkarları qarşısında çıxış etməyi planlaşdırır.
Toni Brekstonun yaxın müddətdə konsert turlarının təxirə salınması ilə əlaqədar dekabrın 17-18-də Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan konsertin biletlərinin kassaya qaytarılmasına başlanılıb.
Konsertin biletinin satışı ilə məşğul olan Ur Style şirkətindən verilən məlumata görə, alınan biletləri dekabrın 7-dan etibarən hər gün saat 19:00-dək Bülbül prospekti ilə Lev Tolstoy küçəsinin kəsişməsində (Mango mağazasının yanında) yerləşən kassada qaytarmaq mümkündür.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər