İranda tanınmış azərbaycanlı fəalın başına nə gəldi?
9-12-2012, 12:20
Oxunub: 4 954
Iranda azərbaycanlı azadlıqdan məhrum edilib.
İranda tanınmış azərbaycanlı fəal dekabrın 8-də İranın İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin ("Ettelaat") əməkdaşları tərəfindən həbs edilib. Bu barədə Bolgexeber.com APA-ya istinadən məlumat verir. Xəbərdə deyilir ki, Mehdi Həmidi Şəfiq Təbrizdəki evində tutulub. Ötən il sentyabrın 2-də Urmiya gölü ilə bağlı keçirilən etiraz aksiyasında həbs edilən fəal hakimiyyət əleyhinə fəaliyyətdə və ölkənin təhlükəsizliyini pozmaqda ittiham edilib. Zəmanətlə müvəqqəti azadlığa buraxılan və məhkəməsi keçirilən M.H.Şəfiq 21 ay azadlıqdan məhrum edilib. Məhkəmə qərarının icrası üçün azərbaycanlı fəal yenidən həbs edilib. Onun hazırda Təbriz həbsxanasında olduğu bildirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər