İran nota verdi
11-12-2012, 09:15
Oxunub: 5 073
İran bu ölkənin Heratdakı konsulluğunun qarşısında baş verən hadisələrlə bağlı Əfqanıstana etiraz notası verib. Bolgexeber.com-un İranın IRNA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyindəki mənbə bildirib.
İran iki gün əvvəl Heratdakı konsulluğunun qarşısında baş vermiş hadisələrə etiraz edib və Əfqanıstanı bu ölkədəki diplomatları və diplomatik korpuslarının təhlükəsizliyinin təmin edilməsinə dair öhdəliklərini yerinə yetirməyə çağırıb.
Beynəlxalq KİV-lərin məlumatına görə, iki gün əvvəl Əfqanıstanın İslam Qala şəhərciyinin əhalisindən 150 nəfər etirazçı İranın Heratdakı konsulluğuna hücum ediblər. Onlar İran sərhədində öldürülmüş 13 gəncin cənazəsinin valideynlərinə təhvil verilməsini tələb ediblər. Etirazçılar elan ediblər ki, üç ay yarım öncə həmin gənclər İrana işləmək məqsədilə getsələr də, itkin düşüblər. Etirazçılar həmin 13 gəncin İran sərhədçiləri tərəfindən öldürüldüyünü iddia ediblər.
IRNA agentliyi isə İran XİN-dəki mənbəyə istinadən yazır ki, Heratdakı etiraz aksiyası 13 şəxsin İran sərhədçiləri tərəfindən öldürülməsi bəhanəsi ilə baş tutub, lakin həmin şəxslərin İran sərhədçiləri tərəfindən öldürülməsi həqiqətəuyğun deyil.
Məlumatda bildirilir ki, İran Heratdakı konsulluğunun fəaliyyətini müvəqqəti olaraq dayandırıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər