BolgeXeber.Com » Dünya » Qazaxıstanda dəhşətli hadisə: 52 nəfər avtobusda yanaraq öldü - VİDEO

Qazaxıstanda dəhşətli hadisə: 52 nəfər avtobusda yanaraq öldü - VİDEO

18-01-2018, 12:23
Oxunub: 3 038 Qazaxıstanda dəhşətli hadisə: 52 nəfər avtobusda yanaraq öldü - VİDEOQazaxıstanda sərnişin avtobusu yanıb

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Qazaxıstanın Fövqəladə Hallar üzrə Komitəsinin rəsmi nümayəndəsi Ruslan İmankulov məlumat verib.

Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında Samara-Çimkənd avtomobil yolunda baş verib.

"İkarus" markalı avtobusun alışması nəticəsində 52 nəfər yanaraq ölüb. Sərnişinlərdən yalnız 5 nəfəri avtobusdan çıxaraq xilas ola bilib.

Avtobusdakıların hamısı Özbəkistan vətəndaşı olub.

Yanğının başvermə səbəbləri araşdırılır.