BolgeXeber.Com » Dünya » Nazirlikdə əlbəyaxa dava

Nazirlikdə əlbəyaxa dava

22-12-2012, 07:15
Oxunub: 4 589 Hərbçilər bir-birini yumruqladı

Ermənistanın Maliyyə Nazirliyində insident baş verib. Dava o həddə çatıb ki, hətta nazir müavini və idarə rəisləri də məsələyə qarışmalı olublar. Anspress-in erməni mətbuatına istinadən verdiyi məlumata görə, hadisə qurumun hüquq idarəsində baş verib.
İdarənin baş mütəxəssisi A.Badalyan və baş mütəxəssis Q.Acemyan əvvəlcə mübahisə etməyə başlayıblar. Bu daha sonra tərəflərin davasına gətirib çıxarıb. Həmin hadisəyə isə Hüquq İdarəsinin rəisindən tutmuş, oranın əməkdaşları, eləcə də nazir müavinləri və digər yüksəkçinli məmurlar şahid olublar. Bu hadisə ilə bağlı onların hamısından izahat tələb olunub.
"168.am" yazır ki, hadisəyə səbəb A.Badalyanın yeni vəzifəyə təyin olunmuş şöbə rəisi A.Arutyunyanı vurması səbəb olub. Lakin hadisə şahidləri olayın heç də belə olmadığını iddia edir. Hadisə şəxsi münasibətlər zəmnində baş verdiyindən heç nə açıqlanmır.
Nazirliyin daxili mətbəxindən xəbəri olanlar isə deyirlər ki, idarə rəisi çoxdandır A.Badalyanla dil tapa bilmir. Hər dəfə də onu vəzifəsindən uzaqlaşdırmaq üçün bəhanələr axtarır. Bu məqsədlə son ay ərzində 2 süni dava törədilib.