BolgeXeber.Com » Dünya » Venesuelada ixtişaşlar: 3 olü

Venesuelada ixtişaşlar: 3 olü

7-02-2018, 09:52
Oxunub: 2 490 Venesuelada ixtişaşlar: 3 olüVenesuelanın Delta-Amakuro ştatının Tukupita şəhərində qarət və ixtişaşlar baş verib

Trend-in məlumatına görə, etirazlara səbəb milli qvardiyanın bələdiyyə bazarında malların qeyri-qanuni alqı-satqısı ilə məşqul olan alverçilərin ərazidən çıxarmaq cəhdi olub.

Etirazçılarla hərbiçilərin toqquşması nəticəsində ən azı 3 nəfərin, o cümlədən bir qvardiyaçının həlak olduğu bildirilir.

Qarşıdurmanın milli qvardiya əsgərlərinin alverçilərdən malları müsadirə etmək istəməsindən sonra başlandığı bildirilir.