BolgeXeber.Com » Dünya » Moskvada 25 dərəcə şaxta qeydə alınıb

Moskvada 25 dərəcə şaxta qeydə alınıb

20-02-2018, 11:25
Oxunub: 4 013 Moskvada 25 dərəcə şaxta qeydə alınıbÖtən gecə Rusiya paytaxtı Moskvada 25 dərəcə şaxta qeydə alınıb

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, Arktik antisiklonun irəliləməsi gecə temperaturu -25 dərəcəyə qədər endirib.

Rusiya paytaxtında gündüz havanın temperaturunun -4 -16 dərəcə olacağı gözlənilir.

Sinoptiklər fevralın 22, 23 və 24-də builki qışın ən soyuq gecələrinin olacağını proqnozlaşdırırlar.

Hidrometeoloji Mərkəzdən bildirilib ki, belə davamlı soyuq insanlar üçün təhlükəlidir. Mütəxəssislər vurğulayıblar ki, belə hava şəraiti Moskva üçün anomal haldır.