“Zeytun budağı”: Türkiyə ordusu Afrinə çatdı
9-03-2018, 18:25
Oxunub: 3 479
Türkiyə Silahlı Qüvvələri (SQ) Afrin rayon mərkəzinin sərhədlərinə çatıb. Bu barədə hərbi mənbələrə istinadən Türkiyə mətbuatı xəbər yayıb
Türkiyə qoşunları Afrinə gedən yolda yerləşən Əl-Cəviz və Məlkiyyə yaşayış məntəqələrini də terrorçulardan azad edib.
Bu gün səhər saatlarında Türkiyə ordusunun Afrinin mərkəzinin 4 kilometrliyində qərarlaşdığı məlumat verilmişdi.
Qeyd edək ki, Türkiyənin Afrində həyata keçirdiyi "Zeytun budağı" əməliyyatı çərçivəsində 159 yaşayış məntəqəsi terrorçulardan azad edilib.
Ötən gün isə Türkiyə SQ "Zeytun budağı" əməliyyatı çərçivəsində Suriyanın Afrin bölgəsinin Cinderes qəsəbəsini tam azad edib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər