Bişkek meri: “Köhnə paltar geyib, saqqal taxıb şəhərdə gəzirəm”
22-05-2018, 12:07
Oxunub: 3 878
Qırğızıstanın paytaxtı Bişekekin meri deyib ki, insanların problemlərini yaxından görmək üçün hərdən görkəmini dəyişərək şəhəri gəzir
Albek Ibraimov yerli mediaya danışıb ki, insanların onu tanımaması üçün köhnə paltarlar geyinir və saxta saqqal taxır, Fergana xəbər agentliyi yazır. “Köhnə paltar geyinirəm ki, heç kim bilməsin. Saqqal taxıram, qalustukumu çıxarıram və gedib baxıram ki, hər şey əslində necədir”, o deyir.
İbraimov bu açıqlamanı şəhərdə ən böyük sayılan Oş Bazarının bir hissəsini məhv edən yanğını müzakirə edərkən verib. O, bu sözləri yanğından sonra problemlə üzləşən ticarətçilərin məsələsindən xəbərdar olduğunu göstərmək üçün deyib. “Fergana” xəbər agentliyi deyir ki, bu cari ildə genişlənən pərakəndə ticarət mərkəzində üçüncü yanğındır. Merin sözlərinə görə, rekonstruksiya prosesi çərçivəsində burada müşahidə kameraları və yanğınsöndürən su qurğuları yerləşdiriləcək.
İbraimov həm də öz ehtiyatlarını və gəlirlərini yanğında itirənlərə maddi yardım da təklif edib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər