““Xankəndi” aeroportu tezliklə fəaliyyətə başlayacaq”
30-01-2013, 10:40
Oxunub: 5 654
Ermənistan prezidenti Serj Sarkisyan növbəti dəfə “Xankəndi” aeroportu ilə bağlı açıqlama verib.
Bolgexeber.com-un Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, prezidentliyə növbəti dəfə namizəd olan Sarkisyan seçiciləri görüşdə bildirib ki, aeroport tezliklə fəaliyyətə başlayacaq və heç bir problem yoxdur. Onun sözlərinə görə, hazırda uçuşların təhlükəsizliyini təmin etmək üçün işlər görülür.
Qeyd edək ki, Azərbaycanın Müdafiə Nazirliyi Ermənistanın işğal etdiyi Xankəndində aeroportu istifadəyə verəcəyi halda adekvat addımlar atılacağını bəyan etmişdi.
Azərbaycan Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədov da mətbuata açıqlamasında bildirmişdi ki, Azərbaycan Dağlıq Qarabağı və ona bitişik yeddi rayonu işğal etmiş Ermənistana öz hava məkanından istifadəni qadağan edib, heç kim bu ərazidə uçuşların təhlükəsizliyinə zəmanət verə bilməz.
Eyni zamanda, Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) və Avropa Mülki Aviasiya Konfransı (ECAC) da bu məsələdə Azərbaycanın mövqeyini dəstəkləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər