Dünya çempionatı və seks: Almaniya və Braziliyadan fərqli qərar
8-06-2018, 13:46
Oxunub: 21 411
Almaniya millisində Yoahim Löv dünya çempionatı ərəfəsində futbolçulara cinsi əlaqə ilə məşğul olmaq qadağası qoyub.
Bolgexeber.com-un Apasport.az-a istinadən verdiyi xəbərə görə, braziliyalılar isə həmişəki kimi bu mövzuda almanlarla müqayisədə daha liberaldılar. Cənubi amerikalıların fikrincə, seksin idmandakı performansa müsbət təsiri var.
Həkimlərin tədqiqatlarının nəticəsində baş məşqçi Tite bu metoda üstünlük vermək qərarına gəlib. “Seks təbii bir şeydi. Onlar gəncdilər, sağlam insanlardılar. İstirahət günlərində dünya çempionatının üzərlərində yaratdığı təzyiqdən yaxa qurtarmaq, rahatlamaq üçün cinsi əlaqə ilə məşğul ola bilərlər. Bizim üçün bu, problem yaratmır” – deyə, həkimlərdən Rodriqo Lasmar bildirib.
Buna baxmayaraq, futbolçuların həyat yoldaşlarının və sevgililərinin ziyarətləri zamanı heyət üzvlərinin cinsi fəaliyyətlərinə müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Qeyd edək ki, braziliyalı futbolçuların cinsi əlaqə ilə məşğul olması üçün xüsusi günlər və xüsusi məkanlar ayrılacaq.
Almanların, yoxsa braziliyalıların metodunun daha uğurlu olduğunu isə zaman göstərəcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər