Sabah Türkiyədə prezident və parlament seçkiləridir
23-06-2018, 14:03
Oxunub: 4 177
İyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. Artıq təbliğat və təşviqat kampaniyalarına yekun vurulub. Bu gün ölkədə seçkiqabağı sükut günüdür
Bolgexeber.com xəbər verir ki, Ali Seçki Komissiyasının müvafiq qərarına əsasən Rəcəb Tayyib Ərdoğan, Doğu Perinçek, Meral Akşenər, Məhərrəm İncə, Səlahəddin Dəmirtaş və Teməl Karamollaoğlunun adları səsvermə bülleteninə daxil edilib.
Səsvermə və onun nəticələrini izləmək üçün Ankara, İstanbul və Diyarbəkir şəhərlərində KİV təmsilçiləri üçün üç mətbuat mərkəzi fəaliyyət göstərəcək. Nazirlər Kabinetinin mətbuat və informasiya baş idarəsi tərəfindən təşkil olunan bu mərkəzlərdə KİV nümayəndələri üçün bütün texniki şərait yaradılıb.
Ən son məlumata görə, ölkə üzrə ümumilikdə 60 milyona yaxın vətəndaş səsvermə hüququna malikdir. Türkiyənin 60 ölkədə fəaliyyət göstərən 123 diplomatik nümayəndəliyində qeydə alınmış təxminən 3,5 milyon seçicinin təxminən yarısı prosesdə iştirak edib. Azərbaycandakı Türkiyə vətəndaşları iyunun 17-də Bakı, Naxçıvan və Gəncə şəhərlərindəki diplomatik nümayəndəliklərdə səs veriblər.
Türkiyə Ali Seçki Komissiyasının qərarına əsasən, əvvəlcə prezidentliyə namizədlərin səsləri sayılacaq.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər