Adnan Oktar yanındakı “aslanlar”ı əsgərliyə getməyə qoymurmuş
24-07-2018, 11:25
Oxunub: 3 254
Cinayətkar qrup haqqında milyon dollarlıq saxtakarlıq faktları
Adnan Oktarın təşkil etdiyi cinayət qrupundan ayrılan etirafçının ifadələri yayılıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, “çirkli pul yuma” ittihamı ilə başlanan əməliyyatla çökdürülən cinayət qrupunun üzvü olan, amma sonra qrupdan ayrılan, hazırkı sənədlərdə isə şahid qismində yer alan bir nəfər bu məsələ ilə bağlı bütün gerçəkləri üzə çıxarıb. O deyib ki, gömrükdə boşluğu olan mal çəkimi ilə Çindəki bir tekstil istehsalçısı firmanı 2 milyon dollar məbləğində aldadıblar. Ofşor vasitəsilə çox aşağı çek üsulu ilə dövləti də vergi zərərinə uğradaraq 2.2 milyon dollarlıq saxtakarlıq ediblər. Bir başqa adam isə bəzi şirkətlərin təhvil-təslim prosesi zamanında qanunları pozduqlarını açıqlayıb və deyib ki, bütün bunlar barədə Adnan Oktarın məlumatı olub.
Bu arada polis bu cinayətkar dəstəyə aid olduğu iddia edilən, itmiş 200 milyon lirənin də izini axtarır. Pulun fərqli miqdarlar olmaqla qrup üzvlərinə aid 4 ayrı evdə saxlanması məlumatı daha öncədən var idi. Bu qrupun İstanbulun Çengelköy və Kandilli bölgələrində yerləşən villalarında dedektor yardımı ilə axtarış aparılsa da, pulun izinə rast gəlinməyib.
Bundan başqa, araşdırma çərçivəsində 3 zərərçəkən də Adnan Oktarın “əsgərlikdən soyutması” ilə bağlı detallar paylaşıb. Zərərçəkənlər deyiblər ki, Adnan Oktar qruplaşmadakı kişilərin əsgərliyə getmələrini istəməz və onları əsgərliyə göndərməzdi: “Bu dəstədəki bir çox kişi isə əsgərliyə getməyib. Sadəcə qrupa qatılmadan öncə əsgərlik edənlər var”.
Zərərçəkənlərdən K.M. isə polisə deyib: "Əsgərlik yaşım gələndə məni Dubaya göndərdilər. Burada bir nəfərlə əlaqə qurdum və bir şirkətdə çalışmağa başladım”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər