Türkiyədə limon 10 lirəyə yüksəldi
27-08-2018, 14:59
Oxunub: 2 673
Türkiyədə limonun qiyməti 10 lirəyə yüksəlib.
Oxu.Az xəbər verir ki, istehsalçılardan tarla başında 1-1,8 lirəyə alınan limonun kiloqramı hazırda marketlərdə və bazarda 10 lirədən aşağı satılmır.
Qiymət artımı ixracın artması ilə izah edilsə də, ixracatçılar hələ prosesə başlamadıqlarını deyirlər.
Türkiyə Yaş Meyvə-Tərəvəz İxracatçıları Birliyinin sektor rəhbəri Əli Kavak mətbuata verdiyi açıqlamasında bildirib ki, ixracat mövsümü 15-20 avqustda başlayır:
“Böyük partiyada ixrac sentyabrda baş tutacaq. Limonun tonunu 350-400 dollardan ixrac edirik. Qiymət artımını ixracata bağlamaq çox səhvdir. Hazırda limonun qiyməti maksimum 4 lirə olmalıdır”.
Meyvə və tərəvəzin satışını aparan pərakəndəçilər isə iddia edirlər ki, limon bazarı bir neçə şəxsin nəzarətindədir. Bazardakı qiymət artımını da onlar şərtləndirir.
Qeyd edək ki, Azərbaycanın Türkiyədən aldığı kənd təsərrüfatı məhsullarının arasında limon da var.
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər