Bu kəndin fotolarının çəkilməsi qadağan edilib
2-09-2018, 12:14
Oxunub: 4 091
Dünyanın ən gözəl ölkələrindən biri hesab edilən İsveçrənin kəndlərinin birində turistlərə foto çəkmək qadağan edilib.
Bolgexeber.com seyahetchi.com-a istinadən xəbər verir ki, söhbət təbiət gözəllikləri ilə insanı heyran edən Berqyün kəndindən gedir. Kənd admnistrasiyası bura gələnlərə yaşayış məntəqəsinin fotolarını çəkməyi qadağan edib. Səbəb buraların olduqca gözəl olmasıdır.
Ölkənin şərqində, hündür dağlı ərazidə yerləşən kəndin rəhbərləri bu qadağanı səsverməyə də çıxarıblar.
"Elmi cəhətdən sübut edilib ki, tətildən olan və sosial şəbəkələrə yerləşdirilən gözəl fotolar onlara baxan insanları bədbinləşdirir. Çünki bu yerləri hamı gedib, görə bilmir” – deyə, turizm ofisinin açıqlamasında deyilir.
Yaşayış məntəqəsinin meri Piter Nikolay gözəllikləri öz gözləri ilə görmək üçün turistləri Berqyüna səyahət etməyə dəvət edib.
Artıq turizm üzrə kənd ofisi də fotoları sayt və sosial şəbəkələrdəki səhifələrindən silib. Bundan sonra kəndin fotosunu çəkənləri 5 avro miqdarında cərimə gözləyir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər