BolgeXeber.Com » Dünya » İraqın yeni prezidenti Bərham Saleh oldu

İraqın yeni prezidenti Bərham Saleh oldu

3-10-2018, 10:11
Oxunub: 2 415 İraqın yeni prezidenti Bərham Saleh olduİraq parlamentinin deputatları Bərham Salehi ölkə prezidenti seçiblər.

Trend-in məlumatına görə, Salehin lehinə 165 deputat səs verib.

Parlamentin iclasında 329 deputatdan 301-i iştirak edib, beləliklə spiker Məhəmməd Əl-Halbusi 3-cü cəhddən səsvermə üçün lazımi yetərsay toplaya bilib.

Deputatlar qarşısında and içərkən Saleh ərəb ölkəsinin müstəqilliyini və ərazi bütövlüyünü qorumağa söz verib.