Məşhur müğənninin hamilə qızı:
21-02-2013, 13:05
Oxunub: 6 007
Dünya soul-musiqisinin mərhum kraliçası, amerikalı Uitni Hyustonun qızı, 19 yaşlı Bobbi Kristina Braun intihar astanasındadır.
Bolgexeber.com ShowbizSpy-a istinadən bildirir ki, Bobbi Kristina hamiləliyin 4-cü ayındadır.
Onun bətnindəki uşağın atası isə əmisi oğlu Nik Qordondur.
Lakin Kristina çox pərişandır. O, ağır depressiya durumuna düşüb və qohumlarının dediklərinə görə, intihar astanasındadır.
İş ondadır ki, Birləşmiş Ştatlardakı xristian qaradərilərin adətlərinə görə, əmioğlu və əmiqızının nikahı yolverilməzdir: onlar bacı-qardaş sayılırlar. Əmioğlu və əmiqızının yaxın əlaqələrini "ən çirkin əməl" sayan qaradərililər arasında belə nikahlar həddən ziyadə nadir hadisədir.
Kristina da: "Qardaşım Nikdən hamilə qaldım, nə edəcəyimi bilmirəm", - deyir.
Bunu ilk olaraq Nik Qordon etiraf edib. O, Twitter-də yazıb: "Hə, Kristina ilə bir qədər də yaxın olduq. Burada nə var ki?!"
Martın əvvəlində 20 yaşı olacaq Kristina özünü çox pis hiss edir.
"Kristina bizimlə danışmaq istəmir. O, tək qalmaq istəyir. Söz deyən kimi ağlayır, qışqırır. Qorxuruq ki, intihar etsin", - məşhur müğənninin qızının rəfiqələri bildiriblər.
Kristinanın ailəsi belə "çirkin əlaqə"yə əvvəllər qətiyyətlə etiraz etsə də, indi qızın intihar etməsinə yol verməmək üçün onun 22 yaşlı əmisioğlu Nikə ərə getməsinə etiraz etmirlər.
"Təki Kristina indiki bəlalı vəziyyətdən çıxsın", - ailə üzvləri deyirlər.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər