Elə edin ki, o pullar boğazınızda qalmasın - Həbibdən sərt sözlər
12-10-2018, 11:25
Oxunub: 4 629
Yüngül çəki üzrə UFC çempionu Həbib Nurməhəmmədov konfederasiyanı müqavilənin şərtlərini pozmaqda ittiham edib.
Teleqraf.com xəbər verir ki, dağıstanlı döyüşçü bu barədə öz İnstaqram səhifəsində yazıb:
“Niyə siz onların komandası avtobusa hücum edəndə və bir neçə insanı yaralayanda heç kimi cəzalandırmadınız. Onlar kimisə öldürə bilərdilər. Niyə kimsə vətənimin, dinimin, millətimin, ailəmin təhqir olunması haqda heç nə demir.
Hər iki tərəfə dalaşdığı halda, niyə siz məhz mənim komandamı cəzalandırmalısınız? Əgər siz deyirsinizsə ki, davanı mən başlatmışam, bununla razı deyiləm. Mən sadəcə başlanılanı bitirmişəm.
Kimisə cəzalandırmaq istəyirsinizsə, Dostum Zübeyrə Tuxuqovun məsələ ilə heç bir əlaqəsi yoxdur. Dostumun bu durumuna səssiz qalacağımı düşünürsünüzsə, yanılırsınız. Sadəcə Konoru vurduğu üçün Zübeyrənin döyüşlərini təxirə saldınız. Kameraya diqqətlə baxsanız ilk olaraq Konorun mənim digər dostumu vurduğunu görərsiniz. .
İstəyirəm biləsiniz ki, əgər dostumu oyundan kənarlaşdırsanız, onu deyil, məni itirəcəksiniz. Bizdə qardaşlı heç vaxt yarı yolda buraxmırlar. Tukuqovu qovsanız mənim müqaviləmi də pozmağı unutmayın, siz etməsiniz mən təktərəfli olaraq müqaviləni pozacam.
Sonda bir daha. Mənə ödəmədiyiniz pul sizdə qala bilir. Bu pulu ödəməkdə maraqlı görünmürsüz. Elə edin ki, boğazınızda qalmasın".
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər