BolgeXeber.Com » Dünya » Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO

Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEO

17-10-2018, 16:39
Oxunub: 2 843 Krımda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb - VİDEOKrımın Kerç şəhərindəki texnikum binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə çatıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda əksəriyyəti yeniyetmələr olan 13 ölü və 50-dək yaralı olduğu məlumdur.

Hadisə ilə bağlı cinayət işi başlanıb, müvafiq əməliyyat-istintaq hərəkətləri həyata keçirilir. Həmçinin bəzi şahidlər partlayışdan sonra binadan atışma səsləri eşitdiklərini bildiriblər.

***14:50

Krımın Kerç şəhərində texnikum binasındakı hadisə partladıcı qurğunun işə salınmasının nəticəsidir.
Bunu Rusiya Milli Terrorçuluqla Mübarizə Komitəsindən bildiriblər.

***14:09

Ukraynanın işğal olunmuş Krım bölgəsindəki Kerç şəhərində Politexnik Texnikumu binasında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 50-yə yaxın insan xəsarət alıb.

İlkin məlumata əsasən, binada qaz balonu partlayıb. Hadisə yerinə tibb işçiləri və xilasedicilər cəlb olunublar.