İnternetdən ən çox kişilər istifadə edir
22-10-2018, 13:19
Oxunub: 2 512
Əksər internet istifadəçiləri kişilərdir, bir sıra ölkələrdə isə şəbəkənin qadın auditoriyası kişi auditoriyasından iki dəfə azdır. Bu barədə “Inclusive Internet Index” təşkilatının tədqiqatında deyilir.
Kişilər internetdən qadınlarla müqayisədə orta hesabla 33,5 faiz çox istifadə imkanına malikdirlər. Bu, əsasən qadınların əksər ölkələrdə qarşılaşdıqları məhdudiyyətlərlə əlaqədardır: təhsil almaq və ya işləmək imkanının olmaması, aşağı əməkhaqqı.
Məsələn, Hindistanın Nyu Dehli və ya Filippinin Manila şəhərlərinin sakinləri əmindir ki, internetdə qadınlar tərəfindən istifadə olunan kontent üzərində nəzarət olmalı və məhdudiyyət tətbiq edilməlidir. Onların üçdə iki hissəsi hesab edir ki, qadınlar internet kafeyə getməməlidir.
“Web Foundation” təşkilatının tədqiqatlar rəhbəri Danaray Takurun sözlərinə görə, ailədə bir telefon olanda, böyük ehtimalla ondan kişi istifadə edəcək. “İnsanın evdə bir telefonu olanda, qadınlar internetdən yararlanmaq imkanından məhrum olur”, – o qeyd edib.
Bildirilir ki, daha bir amil internetə qoşulmaq üçün tariflərin baha olması ilə əlaqədardır. Sahə üzrə təşkilatların ekspertləri əmindir ki, kasıblar internetə yalnız çıxış üçün tariflər onların aylıq gəlirlərinin 2 faizinə bərabər olanda maraq göstərəcəklər.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər