Zamirə Hacıyeva Britaniya mətbuatının “ulduzu”na necə çevrildi?!
1-11-2018, 15:27
Oxunub: 4 976
C.Hacıyevin Rusiya, Qazaxıstan, Albaniya, qondarma “Abxaz Respublikası”, Dubay və digər yerlərdə ənənəvi energetika və tikinti sahələri ilə yanaşı, yeni “innovativ” layihələrə, şou-biznesə, yalançı xeyriyyəçiliyə, hətta xaricdə “Kral Klubu”n yaradılması kimi “kreativ” layihələrə “maraq” göstərdiyi deyilir
Beləliklə, Z.Hacıyevanın Böyük Britaniyada sağa-sola səpdiyi pulların korrupsiya, dövlət vəsaitlərini mənimsəmə yolu ilə əldə olunduğu sübuta yetirilməkdədir. Eyni zamanda o da aydındır ki, Britaniyada xərclənən milyonlar hələ aysberqin görünən cüzi bir hissəsidir. C.Hacıyevin Britaniyaya məxsus ofşorlarda, digər ərazilərdə gizlətdiyi on dəfələrlə artıq vəsait hələ üzə çıxarılmayıb. Z.Hacıyeva məhz həmin vəsaitlərin hesabına bir idman ayaqqabısına 1209 manat, idman şalvarına 1153 manat, günəş eynəyinə 631 manat, əl çantasına 14 min 151 manat, nəhayət, itə 21 min 700 manat verə bilir.
Hansı ki, Azərbaycanda öz təsərrüfatını qurmaq istəyən yüzlərlə gənc ailə bir inək almağa 1,5 min manat tapa bilmir. Minlərlə valideyn var ki, 100 manat verib məktəb paltarı ala bilmədiyinə görə uşaqları təhsilsiz qalır. Nə qədər insan 3-5 min manatlıq əməliyyatına pul tapmayıb vaxtsız dünyadan köçür.
Qeyd edək ki, Böyük Britaniyada qəbul edilmiş izah edilməyən sərvət sərəncamı qanun layihəsinin icrasına başlanılması Britaniya hökumətinin London və ölkənin bir çox yerlərində keçmiş sovet respublikalarından olan çirkli pulların sahiblərinə qarşı qanuni ölçülər götürəcəyindən xəbər verir. Ekspetlərin hesablamalarına görə, söhbət təxminən 4.4 milyard funt sterlinq dəyərində maliyyə və mülkdən gedir. Bunların sahibləri Rusiya, Azərbaycan, Qazaxıstan və digər postsovet ölkələrindən olan şəxslərdir. Bu baxımdan, Azərbaycanda korrupsiya yolu ilə əldə olunaraq Britaniya ərazisində saxlanan digər pulların da üzə çıxarılacağı vaxt uzaqda deyil. Eyni aqibətlə Avropanın digər ölkələrində saxlanan vəsaitlər də üzləşəcəklər. Çünki heç bir Avropa ölkəsi çirkli pulların toplandığı ərazi adını daşımaqla barışmayacaq. Təsadüfi deyil ki, İsveçrə bankı Özbəkistanın sabiq prezidentinin qızı Gülnarə Kərimovanın 750 milyon dollarlıq hesabını Özbəkistana qaytarmaq haqqında qərar qəbul edib. Bu o deməkdir ki, harada saxlanmasından asılı olmayaraq, korrupsiya yolu ilə qazanılmış var-dövləti geri qaytarmaq mümkündür.(musavat.com)
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər