BolgeXeber.Com » Dünya » 2 dinarlıq ipəyi 150 min dinara satmaq - Orta əsrlərin ipək müharibələri
2 dinarlıq ipəyi 150 min dinara satmaq - Orta əsrlərin ipək müharibələri
5-11-2018, 10:42
Oxunub: 3 903
Orta əsrlərdə dünyanın ən vacib ticarətlərindən biri də ipək ticarəti idi
Bu zəngin ticarəti və gəliri ələ keçirmək üçün bir sıra böyük müharibələr olub.
Bolgexeber.com bildirir ki, bu barədə məlumatı "ölkə.az"a tarixçi-alim Əkbər Nəcəf verib.
III-VII əsrlər boyunca Roma-Bizans ilə Sasanilər, Türklər (Quşanlar, Ağhunlar, Göytürklər) və Çin arasında meydana gələn müharibələrin təməlində ipək yatırdı.
1.Roma və davamında Bizansın ipəyi yoxdu, amma ipəyə ehtiyacı vardır;
2.Sasanilərin ipəyə ehtiyacı yoxdu, ancaq ipək ticarətinə ehtiyacı vardı;
3.Türklərin ipəyi də yoxdu, ipəyə ehtiyacları da, ancaq ipək ticarətinə nəzarətə ehtiyacları vardı;
4.Çinin ipəyi çoxdu, ancaq ipək qiymətinə nəzarət edə bilmirdi.
1 kilo ipəkdən Çinin əlinə 2 dinar qazanc keçirdi.
Türklər isə Çinə hücum etməmək şərti ilə təzminat olaraq ipəyi Çindən pulsuz alıb, 100 dinardan satırdılar.
Sasanilər isə 100 dinarlıq ipəyi Romaya 150 min dinara satırdı.
Roma/Bizans tarixi boyunca Çindən ipəyi vasitəsiz almaq üçün mübarizə aparmış, ancaq buna nail ola bilməmişdir. Türklər Sasaniləri bu ticarətdən çıxarmaq və böyük qazancı ələ keçirmək üçün əsrlərlə mübarizə aparmışdılar. Sasanilər az miqdarda ipək alır, ancaq yüksək qiymətdən satırdı. Bununla Sasanilər həm Bizansı öz ticari təsirində saxlayır, həm də Türklərin və Çinin artıq qazanc əldə etməsinə mane olurdular.
Bizans daha sonra ipək istehsal etsə də Çin ipəyinə tələbatı azaltmadı. Çünki Bizans ipəyi kobud idi. Bunun da səbəbi təbiətdir.
Bu ixtialfdan ən böyük qazancı ələ keçirənlər ərəblər olublar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər