Qəddafi təslim oldu: ölkədə hərbi əməliyyatlar dayandırıldı
18-03-2011, 19:20
Oxunub: 7 537

Liviya xarici işlər naziri təcili atəşkəs çağırışı edib
Liviya lideri Müəmmar Qəddafi geri addım atıb. Bolgexeber.com-un NTV-yə istinadən verdiyi xəbərə görə, bu bəyanatla Liviyanın xarici işlər naziri çıxış edib. O, ölkədə təcili atəşkəs çağırışı elan etdiklərini bildirib. Liviyadakı hərbi əməliyyatlar da dayandırılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Liviya səmasında qadağan olunmuş uçuş zonası və mülki vətəndaşların müdafiəsi üçün bütün zəruri tədbirləri nəzərdə tutan 1973 saylı Qətnamə qəbul edib.
Daha sonra NATO Liviyaya qarşı havadan beynəlxalq hərbi əməliyyatlarda iştirak etməyə hazır olduğunu bəyan etmişdi. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Oana Lunqesku bəyanat vermişdi.
Bir çox kütləvi informasiya vasitələri Liviyaya qarşı beynəlxalq hərbi əməliyyatların ən yaxın vaxtda başlaya biləcəyini xəbər verirdi. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Danimarka və Norveç də Liviyaya qarşı planlaşdırılan əməliyyatda iştirak etməyə hazır olduqlarını açıqlamışdılar.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər