Ulduz falı: sağlamlığınıza diqqət yetirin
21-11-2018, 09:39
Oxunub: 3 757
Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq
QOÇ - Şəxsi planlarınızda bəzi redaktələrə ehtiyac duyulur. Bir çox məsələlərə yenidən baxmağınız məsləhətdir. Çalışın ki, indiki həlledici məqamda yanlışlığa yol verməyəsiniz.
BUĞA - Sağlamlığınızla bağlı xırda narahatçılıq gözlənilir. Təzyiqinizin düşmə ehtimalı var. Maddi çətinliklərə görə bədbinləşməyin. Çünki əhalinin böyük əksəriyyəti sizdən də pis dolanır.
ƏKİZLƏR - Görəcəyiniz işləri xırda detallarına qədər analiz etməyiniz məsləhətdir. Adi bir yanlışlıq planlarınızı poza bilər. Günün ikinci yarısında maliyyə problemlərinizi həll edə bilərsiniz.
XƏRÇƏNG - Fəaliyyət göstərdiyiniz sahələrdə həmkarlarınızla mübahisələriniz gözlənilir. Bu istiqamətdə ayıq-sayıqlıq göstərməyiniz vacibdir. Günün ikinci yarısı sövdələşmə üçün ideal vaxtdır.
ŞİR - Qarşılaşacağınız hadisələrin əksəriyyəti çıxaracağınız qərarlardan birbaşa asılı olacaq. Bu səbəbdən də atacağınız hər bir addımda zərgər dəqiqliyi nümayiş etdirməlisiniz. Səfərə çıxmayın.
QIZ - Hər şeyə diqqətlə yanaşın, apardığınız hər bir sövdələşmədə analitik qabiliyyətinizi və məntiqinizi işə salın. Yalnız bu halda uğur görünür. Axşama doğru sağlamlığınıza diqqət yetirin.
TƏRƏZİ - İşgüzar aktivliyinizin yüksələcəyi gözlənilir. Bu səbəbdən də qarşıya qoyduğunuz planların əksəriyyətini reallaşdırmaqda çətinlik çəkməyəcəksiniz. Axşama yaxın sürprizlər labüddür.
ƏQRƏB - Yaxşı olar ki, qeyri-ənənəvi və ya riskli işlərə girişməyəsiniz. Əks təqdirdə, cəhdləriniz baş tutmayacaq. Ümumiyyətlə, bu təqvimdə neytral mövqedə dayanmağınız məsləhətdir.
OXATAN - Qərarlarınızda qəti olsanız, gün ərzində heç bir maneə ilə rastlaşmayacaqsınız. Ulduzlar müdafiənizdə durduğundan daxili narahatçılığınız da əriyəcək. Ədalətli olun.
OĞLAQ - Səhər saatlarında bəzi anlaşılmazlıqlarla rastlaşdığınızdan süstləşə bilərsiniz. Lakin günün əsas hissəsində potensial imkanlarınız genişlənəcək. Bəxtinizdən şikayətlənməyin.
SUTÖKƏN - Nəzərdə tutduğunuz hər bir fiziki işi təxminən saat 15-ə qədər yekunlaşdırmağa çalışın. Çünki sonrakı müddətdə passivləşəcəyiniz mümkündür. Axşam qonaq getməyə dəyər.
BALIQLAR - İxtiyarınızda olan bu təqvim qarşılıqlı anlaşma şəraitində cərəyan edəcək. Sizə qarşı yönələn şübhələri dəf etməyi bacaracaqsınız. Bu amil xüsusilə sevgi istiqamətinə yönəlməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər