Prezident öldü
6-03-2013, 07:40
Oxunub: 4 568
Venesuela prezidentinin ödümünə ağciyər infeksiyası səbəb olub
Kubada xərçəng müalicəsindən sonra fevralın 16-da ölkəsinə qayıdan Venesuela prezidenti Uqo Çaves dünyasını dəyişib. Paytaxt Karakasdakı hospitalda kimya terapiyası ilə müalicə olunan Uqo Çavesin səhhəti ağciyər infeksiyası üzündən pisləşib.
Uqo Çavesin öldüyünü Venesuelanın vitse-prezidenti Nikolas Madurl televiziya ilə xalqa müraciətində təsdiqləyib. “Biz ən qorxunc və faciəli xəbəri aldıq. Prezident Uqo Çaves bu gün saat 16.25-də (Bakı vaxtı ilə 00.55-də) vəfat edib”, - Uqo Çavesin davamçısı sayılan Maduro deyib.
Uqo Çaves 2012-ci il dekabrın əvvəllərindən Kubada olub. Bu, 2011-ci ilin ortasından sonra Venesuela prezidenti üzərində aparılan sayca dördüncü onkoloji əməliyyat idi. Son cərrahi müdaxilə iltihaba səbəb oldu. Rəsmi məlumatlara görə, Uqo Çavesdə nəfəs çatışmazlığı ilə nəticələnən ağciyər infeksiyası aşkarlanıb.
Bu il fevralın ortalarında Uqo Çaves gözlənilmədən Havana klinikasından Karakasdakı hərbi hospitala aparıldı. Rəsmilər bəyan edirdilər ki, o, xəstəxana palatasından ölkəni idarə edir.
Uqo Çaves 1999-cu ilin fevralından hakimiyyətdə idi. O, üç dəfə dalbadal prezident seçkilərində qalib gəlib və sonuncu dəfə 2012-ci ilin oktyabrında ölkəyə 2019-cu ilədək rəhbərlik etmək hüququ qazanmışdı.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər