BolgeXeber.Com » Dünya » Avropa çempionunu öldürən azərbaycanlıya 18 il cəza kəsildi

Avropa çempionunu öldürən azərbaycanlıya 18 il cəza kəsildi

20-12-2018, 13:34
Oxunub: 2 995 Avropa çempionunu öldürən azərbaycanlıya 18 il cəza kəsildiRusiyanın Xabarovsk diyar məhkəməsi pauerliftinq üzrə Avropa çempionu Andrey Draçevu öldürən azərbaycanlı Anar Allahverənova hökm oxuyub.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, məhkəmə hökmü ilə ona 18 il həbs cəzası verilib.

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Xatırladaq ki, Allahverənov və Draçev arasında dava 2017-ci il avqustun 20-də Xabarovsk şəhərinin mərkəzində baş vermişdi.